Əvəzedicilər Liqası: 14-cü turun oyun cədvəli açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 14-cü turun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

14-cü turun görüşləri üç günü əhatə edəcək. Qarşılaşmalar dekabrın 12-də, 14-də və 15-də keçiriləcək.

Qeyd edək ki, mövsümün geridə qalmış 10 turundan sonra 23 xal toplamış “Sabah-2” zirvədə qərarlaşıb. 19 xalı olan “Neftçi-2” ikinci, 18 xala malik “Qarabağ-2” isə üçüncüdür.

Əvəzedicilər Liqası
14-cü tur

12 dekabr

“Araz-Naxçıvan-2” – “Neftçi-2”
Binə qəsəbə stadionu, 14:00.

14 dekabr

“Sabah-2” – “Zirə-2”
“Bayıl Arena”, 14:00.

“Sumqayıt-2” – “Şamaxı-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

15 dekabr

“Qarabağ-2” – “Kəpəz-2”
Binə qəsəbə stadionu, 14:00.

“Turan Tovuz-2” – “Qəbələ-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: