Əvəzedicilər Liqası: 16-cı turun hakim təyinatları açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 16-cı turun oyunlarına hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

16-cı tura bu gün keçiriləcək bir oyunla start veriləcək. Turun qalan görüşləri 10 və 11 dekabrda keçiriləcək.

Əvəzedicilər Liqası
16-cı tur
9 dekabr

“Sumqayıt-2” – “Qarabağ-2”
Hakimlər: Kamil Aydınov, Anar Bədəlov, Gülnurə Əkbərzadə, Murad Səlimov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.

10 dekabr

“Qəbələ-2” – “Kəpəz-2”
Hakimlər: Elvin Bayramov, Səbuhi Soltanov, Ruslan Quliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Zirə-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Orxan İbişov, Şamil İmanzadə.
Hakim-inspektor: İmaxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “ASK Arena”, 18:00.

11 dekabr

“Sabah-2” – “Səbail-2”
Hakimlər: Səbuhi Bayramov, Aydın Bəxşiyev, Rəhman Aslanov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “ASK Arena”, 15:00.

“Neftçi-2” – “Turan Tovuz-2”
Hakimlər: İslam Məmmədov, Mirnihad Seyidov, Sevda Nuriyeva, Əkbər Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: