Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 26-cı və 27-ci turların oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
26-cı turun oyunları 9-11 mart aralığında keçiriləcək. 27-ci turun qarşılaşmaları isə 16-17 martda baş tutacaq.
PFL-dən verilən məlumatda o da qeyd edilir ki, milli komandaların rəsmi oyun cədvəlinə əsasən, “Turan Tovuz-2” – “Qarabağ-2” və “Sumqayıt-2” – “Sabah-2” görüşləri əsas komandaların qarşılaşmasından bir gün əvvəl baş tutacaq.
Əvəzedicilər Liqası
26-cı tur
9 mart
“Səbail-2” – “Sumqayıt-2”
“Bayıl Arena”, 15:00
10 mart
“Kəpəz-2” – “Neftçi-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.
“Sabah-2” – “Qəbələ-2”
“ASK Arena”, 15:00.
11 mart
“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2”
Tovuz şəhər stadionu, 15:00.
“Qarabağ-2” – “Zirə-2”
Binə qəsəbə stadionu, 15:00.
27-ci tur
16 mart
“Turan Tovuz-2” – “Qarabağ-2”
Tovuz şəhər stadionu, 14:00.
“Sumqayıt-2” – “Sabah-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.
“Neftçi-2” – “Səbail-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.
17 mart
“Zirə-2” – “Kəpəz-2”
“ASK Arena”, 15:00.
“Araz-Naxçıvan-2” – “Qəbələ-2”
Binə qəsəbə stadionu, 15:00.


