Əvəzedicilər Liqası: 27-ci turun oyun cədvəli açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 27-ci turun oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, milli komandaların oyunlarına görə yaranacaq fasilə ilə əlaqədar olaraq, “Səbail” – “Neftçi” və “Turan Tovuz” – “Sumqayıt” komandalarının əvəzedici heyətləri arasındakı oyunlar əsas komandaların iştirakı ilə keçiriləcək oyunlardan bir gün öncə baş tutacaq.

27-ci tura martın 15-də start veriləcək. Turun qalan görüşləri isə ayın 16-da baş tutacaq.

Əvəzedicilər Liqası
27-ci tur
15 mart

“Turan Tovuz-2” – “Sumqayıt-2”
Tovuz şəhər stadionu, 12:30.

“Araz-Naxçıvan-2” – “Şamaxı-2”
Binə qəsəbə stadionu, 15:00.

“Səbail-2” – “Neftçi-2”
“Bayıl Arena”, 21:00.

16 mart

“Sabah-2” – “Zirə-2”
Bakı. “ASK Arena”, 12:00.

“Qarabağ-2” – “Kəpəz-2”
Bakı. “Azersun Arena”, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: