Əvəzedicilər Liqası: 28-ci turun oyun cədvəli açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 28-ci turun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

28-ci tura martın 29-da start veriləcək. Turun qalan görüşləri ayın 30-da və və 31-də keçiriləcək.

Əvəzedicilər Liqası
28-ci tur
29 mart

“Turan Tovuz-2” – “Qarabağ-2”
Tovuz şəhər stadionu, 15:00.

30 mart

“Sumqayıt-2” – “Sabah-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.

“Neftçi-2” – “Araz-Naxçıvan-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

31 mart

“Kəpəz-2” – “Səbail-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Zirə-2” – “Şamaxı-2”
Binə qəsəbə stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: