Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 28-ci turun oyun cədvəli məlum olub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
28-ci tura martın 30-da start veriləcək. Tura aprelin 1-də keçiriləcək bir oyunla yekun vurulacaq.
Əvəzedicilər Liqası
28-ci tur
30 mart
“Qəbələ-2” – “Neftçi-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.
“Kəpəz-2” – “Qarabağ-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.
31 mart
“Sabah-2” – “Zirə-2”
Bakı. “ASK Arena”, 13:00.
“Səbail-2” – “Turan Tovuz-2”
“Bayıl Arena”, 15:00.
1 aprel
“Sumqayıt-2” – “Araz Naxçıvan-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.


