Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 28-ci turun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.
Maraqlıdır ki, hər iki oyunda qapılara 7 qol vurulub və yekunda qonaqlar 5:2 hesablı qələbəyə seviniblər. “Kəpəz”in ikinci komandası “Səbail”ə, “Zirə”nin əvəzediciləri isə “Şamaxı”ya məğlub olub.
Əvəzedicilər Liqası
28-ci tur
29 mart
“Turan Tovuz-2” – “Qarabağ-2” 0:2
Qollar: Nihat Mehralıyev, 61. Qurban Səfərov, 90+1.
Hakimlər: Əli Əliyev, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Rasim Musayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 15:00.
30 mart
“Sumqayıt-2” – “Sabah-2” 1:2
Qollar: Kamran Quliyev, 74-pen – Nihat Cabbarov, 61; 75.
Hakimlər: Rəşad Əhmədov, Teymur Teymurov, Sevda Nuriyeva, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.
“Neftçi-2” – “Araz-Naxçıvan-2” 3:0
Qollar: Elcan Əbilov, 48. Bahadur Quliyev, 72. Fərid Səfərli, 90+2.
Hakimlər: Rauf Allahverdiyev, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.
31 mart
“Kəpəz-2” – “Səbail-2” 2:5
Qollar: Nihat Fərəci, 16-pen. Cavad Kərimov, 65 – Rəvan Abasov, 24. Məmməd Əhmədov, 40; 85. Bəhram Köçərli, 54-pen. Hacıəli Şirəliyev, 57.
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Rahil Ramazanov, Murad Səlimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.
“Zirə-2” – “Şamaxı-2” 2:5
Qollar: Şahmar Aşurov, 29. Rauf Qafarov, 89 – Vüsal Məsimov, 12. Yusif Hacıyev, 42-öz qapısına. Murad Vəliyev, 44; 82. Fəxri Məmmədli, 85.
Hakimlər: Rauf Cabbarov, Müslüm Əliyev, Eyyub İbrahimov, Niyaz Əmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 15:00.



