Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 3-cü turun hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
3-cü tura sabah keçiriləcək “Şamaxı-2” – “Qarabağ-2” oyunu ilə start veriləcək. Turun qalan görüşləri ayın 18-də və 19-da keçiriləcək.
Əvəzedicilər Liqası
3-cü tur
17 avqust
“Şamaxı-2” – “Qarabağ-2”
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, İslam Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı şəhər stadionu, 17:00.
18 avqust
“Kəpəz-2” – “Turan Tovuz-2”
Hakimlər: Əkbər Əhmədov, Samir Qaracayev, Rəhman Aslanov, Ruslan Quliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.
“Sumqayıt-2” – “Səbail-2”
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:30.
19 avqust
“Zirə-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“ASK Arena”, 18:00.
“Neftçi-2” – “Sabah-2”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Rahil Ramazanov, Şamil İmanzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 18:00.


