Əvəzedicilər Liqası: 33-cü və 34-cü turların oyun cədvəli bilindi

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 33 və 34-cü turların oyun proqramı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Həm 33-cü, həm də 34-cü turun oyunları üç gün ərzində keçiriləcək. 33-cü turun matçları 5-7 may aralığında baş tutacaq. 34-cü turun görüşləri isə 11-13 may tarixlərində keçiriləcək.

Əvəzedicilər Liqası

33-cü tur

5 may

“Kəpəz-2” – “Sumqayıt-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança).

“Qarabağ-2” – “Neftçi-2”
Binə qəsəbə stadionu.

6 may

“Turan Tovuz-2” – “Zirə-2”
Tovuz şəhər stadionu.

“Araz-Naxçıvan-2” – “Sabah-2”
Binə qəsəbə stadionu.

7 may

“Səbail-2” – “Qəbələ-2”
“Bayıl Arena”.

34-cü tur

11 may

“Neftçi-2” – “Kəpəz-2”
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

12 may

“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2”
Binə qəsəbə stadionu, 16:00.

13 may

“Zirə-2” – “Qarabağ-2”
Binə qəsəbə stadionu, 15:00.

“Sumqayıt-2” – “Səbail-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

“Qəbələ-2” – “Sabah-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.