Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 9-cu turların oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, milli komandaların oyunları ilə əlaqədar olaraq “Turan Tovuz-2” – “Zirə-2” və “Sumqayıt-2” – “Qarabağ-2” görüşləri əsas komandaların Premyer Liqa oyunundan 1 gün öncə keçiriləcək.
9-cu tura oktyabrın 5-də start veriləcək. İlk gündə 3 görüş baş tutacaq. Turun qalan oyunları isə ayın 6-da keçiriləcək.
Əvəzedicilər Liqası
9-cu tur
5 oktyabr
“Turan Tovuz-2” – “Zirə-2”
Tovuz şəhər stadionu, 14:00
“Kəpəz-2” – “Neftçi-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.
“Sumqayıt-2” – “Qarabağ-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.
6 oktyabr
“Səbail-2” – “Şamaxı-2”
“Bayıl Arena”, 15:00.
“Sabah-2” – “Araz Naxçıvan-2”
Bakı. “ASK Arena”, 16:00.


