Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 17-ci turun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Kəpəz”lə “Sumqayıt”ın ikinci komandaları üz-üzə gəliblər. Meydan sahibləri bu matçın son dəqiqəsində vurduqları yeganə qol sayəsində qələbə qazanıblar.
Turun qalan oyunları 16, 17 və 19 dekabrda keçiriləcək.
Əvəzedicilər Liqası
17-ci tur
15 dekabr
“Kəpəz-2” – “Sumqayıt-2” 1:0
Qol: Arzu Atakişiyev, 90.
Hakimlər: Kamranbəy Rəhimov, Asif Abdullayev, Sənan Atayev, İrşad Aydınov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
16 dekabr
“Araz-Naxçıvan-2” – “Sabah-2”
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Sevda Nuriyeva, Nazim Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “ASK Arena”, 14:00.
“Səbail-2” – “Qəbələ-2”
Hakimlər: Rövşən Rəcəbov, Samir Qaracayev, Gülnurə Əkbərzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
“Bayıl Arena”, 15:00.
17 dekabr
“Turan Tovuz-2” – “Zirə-2”
Hakimlər: Səbuhi Bayramov, Vüqar Bayramov, Kərim Zeynalov, Emin Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 14:00.
19 dekabr
“Qarabağ-2” – “Neftçi-2”
Hakimlər: Elvin Bayramov, Orxan İbişov, Rasim Axundov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.


