Əvəzedicilər Liqası: “Qarabağ”la “Neftçi”yə 1 qol bəs etdi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 2-ci turun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış oyununda “Qarabağ”ın ikinci komandası “Sumqayıt”ın əvəzedicilərini tək cavabsız qolla üstələyib. “Neftçi”nin əvəzediciləri də “Şamaxı”nın ikinci komandası ilə ev oyununda oxşar hesabla qələbə qazanıb.

2-ci turun qalan görüşləri avqustun 24-də və 25-də keçiriləcək.

Əvəzedicilər Liqası
2-ci tur

23 avqust

“Qarabağ-2” – “Sumqayıt-2” 1:0
Qol: Mehdi Mütəllimli, 45+2.
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Kərim Zeynalov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Binə qəsəbə stadionu, 17:00.

“Neftçi-2” – “Şamaxı-2” 1:0
Qol: Mirşahbaz Şahbazov, 1.
Hakimlər: İslam Məmmədov, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 18:00.

25 avqust

“Kəpəz-2” – “Turan Tovuz-2”
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Kamran Bayramov, Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.

“Araz-Naxçıvan-2” – “Sabah-2”
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Zöhrab Abbasov, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 17:00.

26 avqust

“Qəbələ-2” – “Zirə-2”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: