Premyer Liqada mübarizə aparan klubların ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 3-cü tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Qarabağ”ın əvəzediciləri “Araz-Naxçıvan”ın, “Sabah”ın əvəzediciləri isə “Neftçi”nin ikinci komandasını məğlub yola salıb.
Beləliklə, 3 turdan sonra itkisiz irəliləyən “Qəbələ”nin əvəzedici komandası 9 xalla zirvədə qərarlaşıb. 7 xalı olan “Zirə”nin ikinci komandası ikincidir. “Qarabağ”, “Neftçi” və “Sabah”ın əvəzediciləri 6 xal toplayıblar. “Səbail-2” 1 xal toplayıbsa, “Kəpəz”in əvəzediciləri hələ xal hesabını açmayıblar.
Əvəzedicilər Liqası
3-cü tur
19 avqust
“Kəpəz-2” – “Turan Tovuz-2” 0:2
Qollar: Taleh Həsənov, 19, Dinamin Bağırov, 39
Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Rasim Axundov, Səbuhi Axundov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.
20 avqust
“Qəbələ-2” – “Sumqayıt-2” 7:0
Qollar: Elnur İbrahimov, 3. Eşqin Əhmədov, 25. Sənan Ağalarov, 32. Xəyal Xudaverdiyev, 50. Hüseyn Mürsəlov, 60; 79. İbrahim Ramazanov, 90+2.
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Sevda Nuriyeva, Əkbər Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 17:00.
“Səbail-2” – “Zirə-2” 1:1
Qollar: Taleh Qarayev, 45+3 – Vüsal Əliyev, 7.
Hakimlər: Mahmud Bağırzadə, Kərim Zeynalov, Sənan Atayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Bakı. “ASCO Arena”, 17:00.
21 avqust
“Qarabağ-2” – “Araz-Naxçıvan-2” 3:0
Qollar: Nurlan Şabanov, 15; 56. Uğur Səfərov, 79.
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Gülnurə Əkbərzadə, İslam Məmmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 17:00.
“Sabah-2” – “Neftçi-2” 1:0
Qol: İdris İnqilablı, 32.
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Maqsud Şamıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “ASK Arena”, 18:00.


