Əvəzedicilər Liqası: “Sabah” tək, “Qarabağ” 3 qolla qalib gəldi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 21-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Sabah” və “Turan Tovuz”un əvəzedici komandaları arasında keçirilmiş oyunda meydan sahibləri 3 xalı tək qolla qazanıblar.

“Səbail”lə “Qarabağ”ın ikinci komandaları arasındakı beş qolluq matçda isə qonaqlar qələbəni bayram ediblər.

21-ci turun qalan qarşılaşmaları fevralın 5-də və 6-da keçiriləcək.

Əvəzedicilər Liqası
21-ci tur
4 fevral

“Sabah-2” – “Turan Tovuz-2” 1:0
Qol: Emin Məcidzadə, 86.
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “ASK Arena”, 13:00.

“Səbail-2” – “Qarabağ-2” 2:3
Qollar: Taleh Qarayev, 18. Samir Abdullayev, 32 – İbrahim Camalov, 6; 50-pen. Elton Mikayılov, 81.
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbov, Kərim Zeynalov, Elvin Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bayıl Arena”, 15:00.

5 fevral

“Qəbələ-2” – “Zirə-2”
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Mirnihad Seyidov, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 12:00.

“Sumqayıt-2” – “Neftçi-2”
Hakimlər: Kamran Əliyev, Eyyub İbrahimov, Orxan İbişov, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

6 fevral

“Kəpəz-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Kamil Aydınov, Anar Bədəlov, Zakir Şükürzadə, Rəsul Babayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: