Premyer Liqada mübarizə aparan klubların ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 4-cü tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Araz-Naxçıvan”ın əvəzediciləri “Sumqayıt”ın ikinci komandasını qəbul edib. Binə qəsəbəsində baş tutan bu oyunda qonaqlar minimal hesabla qalib gəliblər.
4-cü turun növbəti iki oyunu sabah keçiriləcək. “Turan Tovuz-2” evdə “Səbail-2”, “Zirə-2” isə “Sabah-2” ilə üz-üzə gələcək.
Hesabat turu avqustun 28-də keçiriləcək iki oyunla (“Qarabağ-2” – “Kəpəz-2” və “Neftçi-2” – “Qəbələ-2”) yekunlaşacaq.
Əvəzedicilər Liqası
4-cü tur
26 avqust
“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” 0:1
Qol: Uğur Cahangirov, 15.
Hakimlər: İslam Məmmədov, Elman Kərimov, Şamil İmanzadə
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 17:00.
27 avqust
“Turan Tovuz-2” – “Səbail-2”
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 17:00.
“Zirə-2” – “Sabah-2”
Hakimlər: Kamran Əliyev, Müslüm Əliyev, Samir Qaracayev, Əkbər Əhmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 18:00.
28 avqust
“Qarabağ-2” – “Kəpəz-2”
Hakimlər: Namiq Bəkirov, Anar Bədəlov, Mirnihad Seyidov, Elvin Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 17:00.
“Neftçi-2” – “Qəbələ-2”
Hakimlər: Rövşən Rəcəbov, Zakir Şükürzadə, Aydın Bəxşiyev, Murad Səlimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 18:00.


