Əvəzedicilər Liqası: “Turan Tovuz” və “Sabah”dan darmadağın

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 2-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Səfərdə “Kəpəz-2” ilə qarşılaşmış “Turan Tovuz”un əvəzediciləri darmadağına seviniblər. “Araz-Naxçıvan”ın ikinci komandasının qonağı olan “Sabah-2” də turu darmadağınla başa vurub.

2-ci tura avqustun 25-də keçiriləcək “Qəbələ-2” – “Zirə-2” oyunu ilə yekun vurulacaq.

Əvəzedicilər Liqası
2-ci tur

23 avqust

“Qarabağ-2” – “Sumqayıt-2” 1:0
Qol: Mehdi Mütəllimli, 45+2.
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Kərim Zeynalov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Binə qəsəbə stadionu, 17:00.

“Neftçi-2” – “Şamaxı-2” 1:0
Qol: Mirşahbaz Şahbazov, 1.
Hakimlər: İslam Məmmədov, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 18:00.

25 avqust

“Kəpəz-2” – “Turan Tovuz-2” 1:4
Qollar: Şahnur İsmayılov, 78 – Dinamin Bağırov, 18. Elçin Qasımov, 22; 49; 87-pen.
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Kamran Bayramov, Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.

“Araz-Naxçıvan-2” – “Sabah-2” 2:5
Qollar: Fərid Tağıyev, 48. İbrahim Piriyev, 79 – Ramil Nuraxmedov, 17; 37; 50. Camal Cəfərov, 52. Şahin İbrahimov, 76.
Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Zöhrab Abbasov, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 17:00.

26 avqust

“Qəbələ-2” – “Zirə-2”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: