Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 7-ci turun bu gün növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda “Turan Tovuz”la “Zirə”nin ikinci komandaları üz-üzə gəliblər. Beş qolluq oyun qonaqların qələbəsiylə yekunlaşıb.
Turun qalan oyunları oktyabrın 19-da və 20-də keçiriləcək.
Əvəzedicilər Liqası
7-ci tur
17 oktyabr
“Qarabağ-2” – “Neftçi-2” 2:4
Qollar: Murad Məmmədov, 29. Bəhruz Qurbanlı, 83 – Vüsal Kərimov, 24. Nihad Əliyev, 50. Aslan Şirinov, 64. Həsən Mahmudov, 90.
Hakimlər: Elvin Bayramov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 14:30.
18 oktyabr
“Turan Tovuz-2” – “Zirə-2” 2:3
Qollar: Elçin Qasımov, 45+1-pen; 71 – Murad Ələkbərov, 21. Elşən Abdullayev, 66. Yusif Hacıyev, 81.
Hakimlər: Rövşən Rəcəbov, Teymur Teymurov, Orxan İbişov, Vüqar Həsənli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 13:00.
19 oktyabr
“Sabah-2” – “Şamaxı-2”
Hakimlər: Kamranbəy Rəhimov, Kərim Zeynalov, Ağadur Mahmudov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı Olimpiya Stadionu (3-cü meydança), 13:00.
“Sumqayıt-2” – “Kəpəz-2”
Hakimlər: Rəşad Əhmədov, Sadiq Əliyev, Ruslan Məmmədov, Nazim Abdullayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Neftçi Arena” (ehtiyat meydança), 16:00.
20 oktybar
“Araz-Naxçıvan-2” – “Qəbələ-2”
Hakimlər: Əkbər Əhmədov, Zöhrab Abbasov, Tural Bayramov, Ləman Əmirli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Binə qəsəbə stadionu, 14:30.


