Əvəzedicilər Liqasında 3-cü turun oyun cədvəli bilindi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 3-cü turun oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, növbəti turun matçları 17-18 və 19 avqustda keçiriləcək.

Əvəzedicilər Liqası
3-cü tur
17 avqust

“Şamaxı-2” – “Qarabağ-2”
Şamaxı şəhər stadionu, 17:00.

18 avqust

“Kəpəz-2” – “Turan Tovuz-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.

“Sumqayıt-2” – “Səbail-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:30.

19 avqust

“Zirə-2” – “Araz-Naxçıvan-2”
Bakı. “ASK Arena”, 18:00.

“Neftçi-2” – “Sabah-2”
“Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: