Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 5-ci turun oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 4 sentyabr milli komandaların rəsmi fasiləsi olduğu üçün “Kəpəz” – “Araz-Naxçıvan” və “Səbail” – “Qarabağ” komandalarının əvəzedici heyətləri arasındakı oyunlar əsas komandaların oyunundan 1 gün öncə baş tutacaq.
Beləliklə, 5-ci turun oyunları iki gün ərzində – sentyabrın 2-də və 3-də keçiriləcək. “Sabah-2” – “Turan Tovuz-2”, “Kəpəz-2” – “Araz-Naxçıvan-2” və “Səbail-2” – “Qarabağ-2” matçları ilk oyun gününə təsadüf edəcək. “Qəbələ-2” – “Zirə-2” və “Sumqayıt-2” – “Neftçi-2” görüşləri isə sonuncu oyun günündə baş tutacaq.
Əvəzedicilər Liqası
5-ci tur
2 sentyabr
“Kəpəz-2” – “Araz-Naxçıvan-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.
“Səbail-2” – “Qarabağ-2”
“Bayıl Arena”, 17:00.
“Sabah-2” – “Turan Tovuz-2”
“ASK Arena”, 18:00.
3 sentyabr
“Qəbələ-2” – “Zirə-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 17:00.
“Sumqayıt-2” – “Neftçi-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:00.


