Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 2023/2024 mövsümünün mükafatçıları bəlli olub.
Arena.az xəbər verir ki, 35-ci turun oyunlarından sonra bütün medallar sahiblərini tapıb.
12 ildən sonra əvəzedicilərin çempionu olan “Neftçi”nin ikinci komandası yeni rekorda imza atıb. Bakı klubu 3 qızıl medal qazanan ilk komanda olub. “Qarabağ”, “İnter” (indiki “Şamaxı”) və “Bakı”nın əvəzediciləri iki çempionluq qazanıb. Bu 4 komandadan başqa, OİK (indiki MOİK), “Qəbələ” və “Səbail”in də “ikinciləri” qızıla sahib çıxıb.
İkinci yeri tutan “Qəbələ” ardıcıl 3-cü, ümumilikdə 5-ci gümüşü əldə edib. Bu, komandanın 8-ci medalıdır. Qəbələlilər bu göstəricidə rekorda imza atıb.
“Sabah” isə mövsümü bürünclə bitirib. Bu, komandanın ilk belə uğurudur.
Qeyd edək ki, fasilələrlə keçirilən əvəzedicilərin çempionatı 12-ci dəfə təşkil olunub.
Əvəzedicilər Liqasında indiyə qədər mükafat qazanmış bütün komandaların siyahısını təqdim edirik:
| mövsüm | çempion | 2-ci yer | 3-cü yer |
| 1997/98 | OİK | Neftçi | Kəpəz |
| 2008/09 | Neftçi | Qarabağ | Bakı |
| 2009/10 | Qarabağ | İnter | Qəbələ |
| 2010/11 | Bakı | Turan | Qəbələ |
| 2011/12 | Neftçi | Qəbələ | İnter |
| 2012/13 | Bakı | Simurq | Neftçi |
| 2013/14 | İnter | Qəbələ | Simurq |
| 2014/15 | İnter | Simurq | Neftçi |
| 2015/16 | Qəbələ | Qarabağ | Sumqayıt |
| 2016/17 | Qarabağ | Qəbələ | Neftçi |
| 2017/18 | Səbail | Qəbələ | Zirə |
| 2023/24 | Neftçi | Qəbələ | Sabah |


