Əvəzedicilər Liqasının qalibi bu gün mükafatlandırılacaq

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 2024/25 mövsümünün mükafalandırma mərasimi keçiriləcək.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Əvəzedicilər Liqasının qalibi “Sabah” komandasına qızıl medallar və kubok Azərbaycan Premyer Liqasının 36-cı turunun bu gün baş tutacaq “Sabah” – “Neftçi” oyunundan öncə “Masazır Arena”da təqdim olunacaq.

Xatırladaq ki, “Sabah-2” ötən gün keçirilmiş “Neftçi-2” ilə ev oyununda 1:1 hesablı heç-heçə sayəsində zirvədəki yerini qoruyaraq çempion olub. “Neftçi-2” də liderlə eyni xalı (69) toplamasına baxmayaraq, ikinci yeri tutub. Bürünc medallar isə 63 xala malik “Turan Tovuz”un ikinci komandasına qismət olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: