Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 2024/2025-ci illər mövsümünün qalibi bəlli olub.
Arena.az xəbər verir ki, bu gün mövsümün sonuncu – 36-cı turuna start verilib.
Turun açılış oyununda “Sabah”la “Neftçi”nin ikinci komandaları üz-üzə gəliblər. Doğma meydanda heç-heçəyə razılaşan “Sabah”ın əvəzediciləri ölkə çempionu olublar.
Qeyd edək ki, hər iki kollektivin 69 xalı olsa da, “Sabah-2” cari mövsümdə qazandığı qələbələrin sayına görə turnir cədvəlini birinci sırada başa vurub.
Mövsümə mayın 26-da yekun vurulacaq.
Əvəzedicilər Liqası
36-cı tur
23 may
“Sabah-2” – “Neftçi-2” 2:2
Qollar: Nihat Cabbarov, 75. Ramil Nuraxmedov, 81 – Murad Məmmədov, 10. Həbib İsmayılov, 14.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı. “ASK Arena”, 18:00.
24 may
“Səbail-2” – “Sumqayıt-2”
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Rəşad Quliyev, Ceyhun Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Bayıl Arena”, 15:00.
25 may
“Qarabağ-2” – “Şamaxı-2”
Hakimlər: Rövşən Rəcəbov, Gülnurə Əkbərzadə, Safalı Ağayev, Hacıağa Həsənov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 17:00.
26 may
“Turan Tovuz-2” – “Kəpəz-2”
Hakimlər: Vüqar Həsənli, Ağadur Mahmudov, Elvin Mədətov, Nahid Xasiyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 16:00.
“Araz-Naxçıvan-2” – “Zirə-2”
Hakimlər: Niyaz Əhmədov, Əhməd Əhmədsoy, Əkbər Əliyev, Xəlil Xəlilov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 17:00.


