Əvəzedicilər: “Neftçi” 5, “Qəbələ” tək qolla qalib gəldi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 10-cu turun növbəti görüşləri keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Səbail”lə “Neftçi”nin əvəzediciləri arasında baş tutan oyunda qonaqlar darmadağına seviniblər. “Qəbələ”nin ikinci komandası isə “Araz-Naxçıvan”ın əvəzedicilərini minimal hesabla məğlub edib.

Əvəzedicilər Liqası
10-cu tur
19 oktyabr

“Turan Tovuz-2” – “Qarabağ-2” 1:1
Qollar: Rəşad Əliyev, 34 – Musa Musazadə, 47.
Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tovuz şəhər stadionu, 14:00.

21 oktyabr

“Səbail-2” – “Neftçi-2” 1:5
Qollar: Elcan Məmmədov, 78 – Turan Vəlizadə, 22. Həbib İsmayılov, 26; 51. Ağadadaş Salyanski, 57. Elton Əlibəyli, 90+3-pen.
Hakimlər: Şamil İmanzadə, Sənan Atayev, Mirnihad Seyidov, Kamil Aydınov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
“Bayıl Arena”, 16:00.

“Qəbələ-2” – “Araz-Naxçıvan-2” 1:0
Qol: Xəyal Xudaverdiyev, 26.
Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

22 oktyabr

“Kəpəz-2” – “Zirə-2”
Hakimlər: Kamran Əliyev, Vüqar Bayramov, Oruc Həsənov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Asif Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Sabah-2” – “Sumqayıt-2”
Hakimlər: İslam Məmmədov, Tərlan Talıbzadə, Samir Qaracayev, Murad Səlimov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Elgiz Abasov.
Bakı. “ASK Arena”, 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: