Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 27-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Turan Tovuz”la “Qarabağ”ın əvəzediciləri arasındakı görüşdə komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Sumqayıt”ın ikinci komandası doğma meydanda “Sabah”ın əvəzediciləri üzərində inamlı qələbəyə sevinib.
“Neftçi”nin əvəzediciləri isə “Səbail”in ikinci komandası ilə ev oyununda 7 cavabsız qolla qalib gəlib.
27-ci tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
Əvəzedicilər Liqası
27-ci tur
16 mart
“Turan Tovuz-2” – “Qarabağ-2” 1:1
Qollar: Tofiq Nəsibov, 31 – Nurlan Şabanov, 28.
Hakimlər: Şamil İmanzadə, Səbuhi Əmrahov, Ruslan Nəsibov, Emin Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu, 14:00.
“Sumqayıt-2” – “Sabah-2” 3:1
Qollar: Uğur Cahangirov, 7. Əjdər Hacılı, 69. Tural Axverdiyev, 73 – Nicat Quliyev, 85-pen.
Hakimlər: Vüqar Həsənli, Vüqar Bayramov, Rasim Axundov, Alik Yunusov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.
“Neftçi-2” – “Səbail-2” 7:0
Qollar: Bahadur Quliyev, 9; 16; 43. Ağadadaş Salyanski, 31. Həbib İsmayılov, 47. Cavanşir Şahbazlı, 64. Murad Məmmədov, 73.
Hakimlər: Mahmud Bağırzadə, Tərlan Talıbzadə, Anar Bədəlov, İrşad Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.
17 mart
“Zirə-2” – “Kəpəz-2”
Hakimlər: Nazim Abdullayev, Kərim Zeynalov, Aydın Baxşıyev, Əkbər Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “ASK Arena”, 15:00.
“Araz-Naxçıvan-2” – “Qəbələ-2”
Hakimlər: Elvin Bayramov, Elman Kərimov, Asif Abdullayev, Səbuhi Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Binə qəsəbə stadionu, 15:00.


