Əvəzedicilər: “Neftçi” “Qarabağ”a qalib gəldi, zirvədə qaldı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 17-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə matçı “Qarabağ”la “Neftçi”nin əvəzediciləri arasında baş tutub. Paytaxt təmsilçisi bu oyundan qalib ayrılmaqla zirvədəki mövqeyini möhkəmləndirib.

Əvəzedicilər Liqası
17-ci tur
15 dekabr

“Kəpəz-2” – “Sumqayıt-2” 1:0
Qol: Arzu Atakişiyev, 90.
Hakimlər: Kamranbəy Rəhimov, Asif Abdullayev, Sənan Atayev, İrşad Aydınov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

16 dekabr

“Araz-Naxçıvan-2” – “Sabah-2” 0:3
Qollar: Sənan Ağayev, 3. Camal Cəfərov, 14. Nicat Quliyev, 86.
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Sevda Nuriyeva, Nazim Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “ASK Arena”, 14:00.

“Səbail-2” – “Qəbələ-2” 2:0
Qollar: Emin Rüstəmov, 14-pen. Taleh Qarayev, 32.
Hakimlər: Rövşən Rəcəbov, Samir Qaracayev, Gülnurə Əkbərzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
“Bayıl Arena”, 15:00.

17 dekabr

“Turan Tovuz-2” – “Zirə-2” 0:3
Qollar: Mahmud Ağayev, 60; Səlim Həşimov, 78; Tamerlan Burcəliyev, 90+2.
Hakimlər: Səbuhi Bayramov, Vüqar Bayramov, Kərim Zeynalov, Emin Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 14:00.

19 dekabr

“Qarabağ-2” – “Neftçi-2” 1:2
Qollar: Emil Binyətzadə, 55 – Aşqin Abazərov, 39. Ağadadaş Salyanski, 90-pen.
Hakimlər: Elvin Bayramov, Orxan İbişov, Rasim Axundov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: