Əvəzedicilər: “Neftçi” “Sabah”ı xalsız yola saldı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 3-cü tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Zirə” və “Araz-Naxçıvan”ın əvəzediciləri arasında baş tutan qarşılaşmada qapılara qol vurulmayıb.

Son çempion “Neftçi-2” isə bu dəfə “Sabah”ın əvəzediciləri üzərində inamlı qələbəyə sevinib.

Əvəzedicilər Liqası
3-cü tur
17 avqust

“Şamaxı-2” – “Qarabağ-2” 1:1
Qollar: Səbayıl Bağırov, 90+5 – Mahmud Ağayev, 4.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, İslam Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı şəhər stadionu, 17:00.

18 avqust

“Kəpəz-2” – “Turan Tovuz-2” 2:0
Qollar: Amur Yusifov, 70. Nihat Fərəci, 90+4.
Hakimlər: Əkbər Əhmədov, Samir Qaracayev, Rəhman Aslanov, Ruslan Quliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.

“Sumqayıt-2” – “Səbail-2” 2:1
Qollar: Ruslan Əliyev, 11. Şükür Cəfərli, 45+2 – Bəhram Köçərli, 55.
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Murad Səlimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:30.

19 avqust

“Zirə-2” – “Araz-Naxçıvan-2” 0:0
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“ASK Arena”, 18:00.

“Neftçi-2” – “Sabah-2” 3:1
Qollar: Həbib İsmayılov, 1. Murad Məmmədov, 35. Aslan Şirinov, 56 – İldar Ələkbərov, 68.
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Rahil Ramazanov, Şamil İmanzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: