Əvəzedicilər: “Neftçi” uduzdu, “Zirə” qalib gəldi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 29-cu turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Lider “Neftçi-2” “Sumqayıt”ın əvəzediciləri ilə ev oyunundan məğlubiyyətlə ayrılıb.

“Zirə” ilə “Qəbələ”nin ikinci komandalarının görüşündə isə meydan sahibləri inamlı qələbəyə seviniblər.

Əvəzedicilər Liqası
29-cu tur
6 aprel

“Araz-Naxçıvan-2” – “Kəpəz-2” 0:0
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Zakir Şükürzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 15:00.

7 aprel

“Qarabağ-2” – “Səbail-2” 5:1
Qollar: İbrahim Camalov, 45+2-pen. Nurlan Şabanov, 51. İlham Hüseynov, 78; 90+1. Nihad Mollayev, 83 – İftixar İbrahimov, 39.
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Mirnihad Seyidov, Kamil Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 15:00.

“Turan Tovuz-2” – “Sabah-2” 0:2
Qollar: Nicat Quliyev, 42-pen. Oluvaseun Timilehin, 83.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tovuz şəhər stadionu, 15:00.

8 aprel

“Neftçi-2” – “Sumqayıt-2” 1:3
Qollar: Ağadadaş Salyanski, 2 – Uğur Cahangirov, 24; 57. Əjdər Hacılı, 90+6.
Hakimlər: İslam Məmmədov, Aydın Baxşıyev, Rəhman Aslanov, İrşad Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

“Zirə-2” – “Qəbələ-2” 3:1
Qollar: Şahmar Aşurov, 31. Nazim Həsənzadə, 51. Vüsal Əliyev, 90+3 – Nuğay Rəşidov, 30.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Samir Qaracayev, Rəsul Babayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: