Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 16-cı turun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
“Sabah”la “Səbail”in əvəzediciləri arasındakı qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.
“Neftçi”nin əvəzediciləri isə “Turan Tovuz”la ev oyununda əzmkar qələbəyə seviniblər.
Əvəzedicilər Liqası
16-cı tur
9 dekabr
“Sumqayıt-2” – “Qarabağ-2” 0:2
Qollar: Mirmövsüm Canıyev, 5. İbrahim Camalov, 58.
Hakimlər: Kamil Aydınov, Anar Bədəlov, Gülnurə Əkbərzadə, Murad Səlimov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.
10 dekabr
“Qəbələ-2” – “Kəpəz-2” 5:1
Qollar: Eşqin Əhmədov, 3. Okan Təhməzli, 36. Bilal İsmayılov, 45+1. Fərid İsgəndərov, 73. Rüfət Bədəlzadə, 90 – Cavad Kərimov, 83
Hakimlər: Elvin Bayramov, Səbuhi Soltanov, Ruslan Quliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Zirə-2” – “Araz-Naxçıvan-2” 2:0
Qollar: Mahmud Ağayev, 50; Ramin Abdullayev, 57
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Orxan İbişov, Şamil İmanzadə.
Hakim-inspektor: İmaxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “ASK Arena”, 18:00.
11 dekabr
“Sabah-2” – “Səbail-2” 2:0
Qollar: Sənan Ağayev, 9-pen. Ceyhun Nuriyev, 63.
Hakimlər: Səbuhi Bayramov, Aydın Bəxşiyev, Rəhman Aslanov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “ASK Arena”, 15:00.
“Neftçi-2” – “Turan Tovuz-2” 2:1
Qollar: Bahadur Quliyev, 26. Həbib İsmayılov, 36 – Sadiq Şəfiyev, 19-pen.
Hakimlər: İslam Məmmədov, Mirnihad Seyidov, Sevda Nuriyeva, Əkbər Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.



