Əvəzedicilər: “Neftçi”nin əvəzediciləri Tovuzdan xalsız döndülər

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 24-cü turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Səbail”lə “Sabah”ın əvəzediciləri arasındakı qarşılaşmada meydan sahibləri minimal hesabla qalib gəliblər.

“Turan Tovuz”un ikinci komandası isə zirvədə qərarlaşmış “Neftçi”nin əvəzedicilərinə 3 qolla qalib gəlib.

Əvəzedicilər Liqası
24-cü tur
24 fevral

“Kəpəz-2” – “Qəbələ-2” 0:5
Qollar: Şahin Şahniyarov, 6. Sənan Ağalarov, 28. Elnur İbragimov, 40. Arzu Atakişiyev, 72-öz qapısına. Nuğay Rəşidov, 82.
Hakimlər: Elvin Bayramov, Anar Bədəlov, Zakir Şükürzadə, Vüqar Alıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

25 fevral

“Səbail-2” – “Sabah-2” 1:0
Qol: Ayaz Mikayılov, 53.
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Rəhman Aslanov, Emin Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 15:00.

“Turan Tovuz-2” – “Neftçi-2” 3:1
Qollar: Asad Asadov, 2. Rəvan Abasov, 5. İsmayıl İsmayılov, 90+3 – Ağadadaş Salyanski, 45+2-pen.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Tovuz şəhər stadionu, 15:00.

27 fevral

“Qarabağ-2” – “Sumqayıt-2”
Hakimlər: Alik Yunusov, Ruslan Babayev, Nurlan Əhmədzadə, Xalid Quliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 14:00.

28 fevral

“Araz-Naxçıvan-2” – “Zirə-2”
Hakimlər: Mahmud Bağırzadə, Tərlan Talıbzadə, Rasim Axundov, Maqsud Şamıyev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: