Əvəzedicilər: “Qəbələ” ilə “Neftçi”dən heç-heçə, “Səbail”dən qələbə

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 12-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Səbail”lə “Turan Tovuz”un əvəzediciləri arasındakı oyunda meydan sahibləri qələbə qazanıblar. “Qəbələ” ilə “Neftçi”nin əvəzedicilərinin görüşündə isə heç-heçə qeydə alınıb.

12-ci turun qalan qarşılaşmaları noyabrın 5-də və 6-da baş tutacaq.

Əvəzedicilər Liqası
12-ci tur
4 noyabr

“Səbail-2” – “Turan Tovuz-2” 2:1
Qollar: Zaman Zamanlı, 13. İftixar İbrahimov, 61 – İsmayıl İsmayılov, 41.
Hakimlər: Səbuhi Bayramov, Vüqar Bayramov, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Bayıl Arena”, 15:00.

“Qəbələ-2” – “Neftçi-2” 1:1
Qollar: Bilal İsmayılov, 32 – Ağadadaş Salyanski, 6.
Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Əkbər Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

5 noyabr

“Sumqayıt-2” – “Araz Naxçıvan-2”
Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Aydın Baxşıyev, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.

“Kəpəz-2” – “Qarabağ-2”
Hakimlər: Elvin Bayramov, Səbuhi Soltanov, Tərlan Talıbzadə, Namiq Bəkirov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 13:00.

6 noyabr

“Sabah-2” – “Zirə-2”
Hakimlər: Kamil Aydınov, Sənan Atayev, Anar Bədəlov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASK Arena”, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: