Əvəzedicilər: “Qəbələ”dən darmadağın, “Zirə”dən inamlı qələbə

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 16-cı turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Qəbələ” ilə “Kəpəz”in əvəzediciləri arasındakı 6 qolluq oyunda meydan sahibləri darmadağıına seviniblər.

“Zirə”nin əvəzediciləri də “Araz-Naxçıvan”ın ikinci komandasını məğlub yola salıb.

16-cı turun qalan görüşləri sabah – dekabrın 11-də keçiriləcək.

Əvəzedicilər Liqası
16-cı tur
9 dekabr

“Sumqayıt-2” – “Qarabağ-2” 0:2
Qollar: Mirmövsüm Canıyev, 5. İbrahim Camalov, 58.
Hakimlər: Kamil Aydınov, Anar Bədəlov, Gülnurə Əkbərzadə, Murad Səlimov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.

10 dekabr

“Qəbələ-2” – “Kəpəz-2” 5:1
Qollar: Eşqin Əhmədov, 3. Okan Təhməzli, 36. Bilal İsmayılov, 45+1. Fərid İsgəndərov, 73. Rüfət Bədəlzadə, 90 – Cavad Kərimov, 83
Hakimlər: Elvin Bayramov, Səbuhi Soltanov, Ruslan Quliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Zirə-2” – “Araz-Naxçıvan-2” 2:0
Qollar: Mahmud Ağayev, 50; Ramin Abdullayev, 57
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Orxan İbişov, Şamil İmanzadə.
Hakim-inspektor: İmaxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “ASK Arena”, 18:00.

11 dekabr

“Sabah-2” – “Səbail-2”
Hakimlər: Səbuhi Bayramov, Aydın Bəxşiyev, Rəhman Aslanov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “ASK Arena”, 15:00.

“Neftçi-2” – “Turan Tovuz-2”
Hakimlər: İslam Məmmədov, Mirnihad Seyidov, Sevda Nuriyeva, Əkbər Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: