Əvəzedicilər: “Qəbələ”dən Tovuzda darmadağın

Premyer Liqa klublarının ikinci komandaları arasına təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 6-cı tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Qarabağ-2” – “Sabah-2” oyununda Ağdam klubunun əvəzediciləri qələbə qazanıblar.

“Turan Tovuz”la “Qəbələ”nin əvəzediciləri arasındakı görüşdə isə qonaqlar darmadağına imza atıblar.

6 turdan sonra 15 xala malik “Neftçi-2” vahid liderdir. İkinci pillədəki “Zirə-2” 14, üçüncü olan “Qəbələ-2” 13 xal toplayıb. “Qarabağ”ın əvəzediciləri 10 xalla dördüncüdür.

Əvəzedicilər Liqası
6-cı tur
16 sentyabr

“Zirə-2” – “Sumqayıt-2” 2:1
Qollar: Tuncay Hacıyev, 32. Vüsal Əliyev, 36 – Uğur Cahangirov, 43.
Hakimlər: Kamil Aydınov, Rasim Axundov, Sənan Atayev, Maqsud Şamıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 17:00.

17 sentyabr

“Kəpəz-2” – “Səbail-2” 3:1
Qollar: Cavad Kərimov, 66. Məhəmməd Məmmədov, 79. Fərid Kələntərov, 90+3 – Taleh Qarayev, 2.
Hakimlər: Ruslan Quliyev, Orxan İbişov, Zakir Şükürzadə, Mahmud Bağırzadə
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:30.

“Araz-Naxçıvan-2” – “Neftçi-2” 0:3
Qollar: Bahadur Quliyev, 19. Həbib İsmayılov, 58. Hüseyn Babayev, 66.
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Mirnihad Seyidov, Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu, 16:30.

18 sentyabr

“Qarabağ-2” – “Sabah-2” 2:1
Qollar: Seymur Məmmədov, 41-öz qapısına. Nurlan Şabanov, 77 – Xəyal Əliyev, 74.
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Rəhman Aslanov, Elvin Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Binə qəsəbə stadionu, 16:00.

“Turan Tovuz-2” – “Qəbələ-2” 2:5
Qollar: Sadiq Şəfiyev, 57; 82-pen. – Fərid İsgəndərov, 21; 39; 68. Sənan Ağalarov, 73-pen; 83.
Hakimlər: İslam Məmmədov, Səbuhi Soltanov, Ağadur Mahmudov, İrşad Aydınov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Tovuz şəhər stadionu, 16:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: