Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 14-cü tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Qəbələ” ilə “Turan Tovuz”un əvəzedici heyətləri arasında keçirilən oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Qəbələ” 3 xalı 3 cavabsız qolla qazanıb. Beləliklə, 14 matçdan sonra xal hesabını 33-ə çatdıran “Qəbələ-2” turnir cədvəlində 1-ci pilləyə yüksəlib.
Turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Əvəzedicilər Liqası
14-cü tur
24 noyabr
“Qəbələ-2” – “Turan Tovuz-2” 3:0
Qollar: Eşqin Əhmədov, 49; 85. Sənan Ağalarov, 63.
Hakimlər: Murad Səlimov, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Vüqar Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.
25 noyabr
“Sabah -2” – “Qarabağ-2”
Hakimlər: İslam Məmmədov, Samir Qaracayev, Mirnihat Seyidov, Elvin Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “ASK Arena”, 14:00.
26 noyabr
“Səbail-2” – “Kəpəz-2”
Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Sevda Nuriyeva, Alik Yunusov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 15:00.
27 noyabr
“Sumqayıt-2” – “Zirə-2”
Hakimlər: Mahmud Bağırzadə, Aydın Baxşıyev, Rasim Axundov, Nazim Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.
“Neftçi-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Kamil Aydınov, Anar Bədəlov, Rəhman Aslanov, Şamil İmanzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.


