Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 6-cı turun növbəti görüşləri baş tutub.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Qarabağ”ın əvəzediciləri “Səbail”in ikinci komandası ilə ev oyunundan 3 cavabsız qolla ayrılıb. “Şamaxı” ilə “Sumqayıt”ın əvəzediciləri arasındakı görüşdə isə qonaqlar qalib gəliblər.
Turun qalan görüşləri sentyabrın 16-da keçiriləcək.
Əvəzedicilər Liqası
6-cı tur
14 sentyabr
“Araz-Naxçıvan-2” – “Kəpəz-2” 3:1
Qollar: Bayraməli Qurbanov, 25; 59. Qabil Əlizadə, 79 – Nemət Musayev, 43-pen.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “ASK Arena”, 17:00.
15 sentyabr
“Qarabağ-2” – “Səbail-2” 3:0
Qollar: Nihad Mollayev, 12. Elmir Hüseynli, 53-pen. Mahmud Ağayev, 89.
Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Müslüm Əliyev, Nazim Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı. “Azərsun Arena”, 16:00.
“Şamaxı-2” – “Sumqayıt-2” 0:1
Qol: Rəvan Məşiyev, 15.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Vüqar Bayramov, Maqsud Şamıyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu, 16:30.
16 sentyabr
“Sabah -2” – “Turan Tovuz-2”
Hakimlər: Əkbər Əhmədov, Teymur Teymurov, Samir Qaracayev, Sənan Bayramzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bakı. “ASK Arena”, 17:00.
“Zirə-2” – “Neftçi-2”
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Rəhman Aslanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.


