Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 4-cü turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Səfərdə “Qarabağ”ın əvəzediciləri ilə qarşılaşan “Turan Tovuz”un ikinci komandası 3 xalı 3 cavabsız qolla qazanıb.
“Araz-Naxçıvan”la son çempion “Neftçi”nin əvəzediciləri arasındakı 6 qolluq oyunda isə tərəflər hərəyə 1 xalla kifayətləniblər.
Turun qalan görüşləri avqustun 26-da keçiriləcək.
Əvəzedicilər Liqası
4-cü tur
24 avqust
“Səbail-2” – “Kəpəz-2” 3:0
Qollar: Teymur Məmmədov, 33. Oruc Məmmədov, 90+1. Rəvan Abbasov, 90+2.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Bayıl Arena”.
25 avqust
“Qarabağ-2” – “Turan Tovuz-2” 0:3
Qollar: Arzu Mədətov, 29. Elçin Qasımov, 47; 57.
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Müslüm Əliyev, İslam Məmmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Azərsun Arena”.
“Araz-Naxçıvan-2” – “Neftçi-2” 3:3
Qollar: Elcan Məmmədov, 56; 75. Turan Vəlizadə, 90+4-pen – Fərhad Fərhadlı, 21; 45+1. Həbib İsmayılov, 81.
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASK Arena”.
26 avqust
“Sabah-2” – “Sumqayıt-2”
Hakimlər: Rauf Cabarov, Cəmil Quliyev, Şirmamed Mamedov, Emin Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “ASK Arena”.
“Şamaxı-2” – “Zirə-2”
Hakimlər: Nicat İsmayıllı, Asiman Əzizli, Teymur Teymurov, Şamil İmanzadə.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu.


