Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 28-ci turun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Neftçi-2” səfərdə əsas izləyicisi olan “Qəbələ-2” ilə qarşılaşıb. Paytaxt təmsilçisinin əvəzediciləri əsas rəqibinə də qalib gəlməklə zirvədəki mövqeyini yaxşılaşdırıb.
Səfərdə “Kəpəz-2” ilə qarşılaşan “Qarabağ”ın əvəzediciləri də turu inamlı qələbə ilə başa vurublar.
28-ci turun qalan görüşləri bazar və bazar ertəsi günlərinə təsadüf edəcək.
Əvəzedicilər Liqası
28-ci tur
30 mart
“Qəbələ-2” – “Neftçi-2” 1:2
Qollar: Fariz Xeyrullayev, 85-öz qapısına – Samir Həsənov, 32. Ağadadaş Salyanski, 37.
Hakimlər: Şamil İmanzadə, Kərim Zeynalov, Sənan Atayev, Elvin Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.
“Kəpəz-2” – “Qarabağ-2” 1:3
Qollar: Nemət Musayev, 55 – İbrahim Camalov, 36. Əşrəf Zeynallı, 43. Musa Musazadə, 90+1.
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Səbuhi Əmrahov, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.
31 mart
“Sabah-2” – “Zirə-2”
Hakimlər: Murad Səlimov, Zakir Şükürzadə, Sevda Nuriyeva, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “ASK Arena”, 13:00.
“Səbail-2” – “Turan Tovuz-2”
Hakimlər: Vüqar Həsənli, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Bayıl Arena”, 15:00.
1 aprel
“Sumqayıt-2” – “Araz Naxçıvan-2”
Hakimlər: Kamil Aydınov, Samir Qaracayev, Mirnihad Seyidov, Alik Yunusov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.


