Əvəzedicilər: “Qarabağ” “Qəbələ”ni məğlub yola saldı

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 15-ci tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Qarabağ”la “Qəbələ”nin əvəzediciləri üz-üzə gəliblər. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar.

Əvəzedicilər Liqası
15-ci tur
3 dekabr

“Araz-Naxçıvan-2” – “Səbail-2” 0:3
Qollar: Emin Rüstəmov, 23-pen; 70. İftixar İbrahimov, 78.
Hakimlər: Mahmud Bağırzadə, Asif Abdullayev, Rasim Axundov, Elvin Bayramov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Binə qəsəbə stadionu, 14:00.

4 dekabr

“Turan Tovuz-2” – “Sumqayıt-2” 0:2
Qollar: Uğur Cahangirov, 31; 89.
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.

“Kəpəz-2” – “Sabah-2” 0:1
Qol: Nicat Quliyev, 39-pen.
Hakimlər: Murad Səlimov, Anar Bədəlov, Oruc Həsənov, Rəsul Babayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Zirə-2” – “Neftçi-2” 1:3
Qollar: Elmar Rəhimov, 24-pen – Bahadur Quliyev, 34. İsmayıl Zülfüqarlı, 57. Ağadadaş Salyanskiy, 72.
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Sənan Atayev, Kamil Aydınov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 15:00.

5 dekabr

“Qarabağ-2” – “Qəbələ-2” 2:1
Qollar: İbrahim Camalov, 27. Mirmövsüm Caniyev, 56 – Bilal İsmayılov, 65.
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Kərim Zeynalov, İrşad Aydınov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: