Əvəzedicilər: “Qarabağ” Tovuzdan 1 xalla qayıtdı

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 10-cu tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Turan Tovuz”la “Qarabağ”ın əvəzediciləri üz-üzə gəliblər. Tovuzda baş tutan oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

10-cu turun qalan oyunları və 22 oktyabrda keçiriləcək.

Əvəzedicilər Liqası
10-cu tur
19 oktyabr

“Turan Tovuz-2” – “Qarabağ-2” 1:1
Qollar: Rəşad Əliyev, 34 – Musa Musazadə, 47.
Hakimlər: Emin Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Tovuz şəhər stadionu, 14:00.

21 oktyabr

“Səbail-2” – “Neftçi-2”
Hakimlər: Şamil İmanzadə, Sənan Atayev, Mirnihad Seyidov, Kamil Aydınov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
“Bayıl Arena”, 16:00.

“Qəbələ-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Əli Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

22 oktyabr

“Kəpəz-2” – “Zirə-2”
Hakimlər: Kamran Əliyev, Vüqar Bayramov, Oruc Həsənov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Asif Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Sabah-2” – “Sumqayıt-2”
Hakimlər: İslam Məmmədov, Tərlan Talıbzadə, Samir Qaracayev, Murad Səlimov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Elgiz Abasov.
Bakı. “ASK Arena”, 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: