Əvəzedicilər: “Qarabağ” və “Zirə” evdə məğlub oldular

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 20-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Zirə” və “Sabah”ın əvəzediciləri arasındakı 7 qolluq qarşılaşmada qonaqlar qələbə qazanıblar. “Qarabağ”ın ikinci komandası da “Kəpəz”in əvəzedicilərinə uduzublar.

20-ci turun qalan görüşləri sabah – 29 yanvarda keçiriləcək.

Əvəzedicilər Liqası
20-ci tur
27 yanvar

“Turan Tovuz-2” – “Səbail-2” 5:1
Qollar: İsmayıl İsmayılov, 5. Belaydi Pusi, 34. Asad Asadov, 41; 52; 59 – Məmməd Əhmədov, 27.
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Taleh Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 14:00.

28 yanvar

“Zirə-2” – “Sabah-2” 3:4
Qollar: Elşən Abdullayev, 40. İdris İnqilablı 45+2-öz qapısına. Vüsal Əliyev, 69 – Nicat Quliyev, 11. Emin Məcidzadə, 27. Xəyal Əliyev, 44. Firəddin Abdullayev, 71.
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Rasim Axundov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “ASK Arena”, 14:00.

“Qarabağ-2” – “Kəpəz-2” 1:2
Qollar: Musa Musazadə, 12-pen – Cavad Kərimov, 56. Nemət Musayev, 90+3.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Binə qəsəbə stadionu, 14:00.

29 yanvar

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

“Neftçi-2” – “Qəbələ-2”
Hakimlər: Rövşən Rəcəbov, Asif Abdullayev, Rəhman Aslanov, Murad Səlimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: