Əvəzedicilər: “Səbail” 4, “Turan Tovuz” tək qolla qalib gəldi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 19-cu turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə “Kəpəz”in əvəzediciləri ilə qarşılaşan “Turan Tovuz”un ikinci komandası qələbəyə sevinib.

“Səbail” və “Zirə”nin əvəzediciləri arasındakı oyunda isə meydan sahibləri 4 cavabsız qola seviniblər.

19-cu turun qalan oyunları sabah keçiriləcək.

Əvəzedicilər Liqası
19-cu tur
22 yanvar

“Sabah-2” – “Neftçi-2” 1:3
Qollar: Nicat Quliyev, 87 – Bahadur Quliyev, 27. İbrahim Novruzov, 65. Elcan Əbilov, 78.
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Samir Qaracayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “ASK Arena”, 14:00.

23 yanvar

“Kəpəz-2” – “Turan Tovuz-2” 0:1
Qol: Sadiq Şəfiyev, 77-pen.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Aydın Baxşıyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Səbail-2” – “Zirə-2” 4:0
Qollar: Fərid Şahhüseyni, 20. Ayaz Mikayılov, 52. Məmməd Əhmədov, 56. Oruc Məmmədov, 78.
Hakimlər: Şamil İmanzadə, Orxan İbişov, Sevda Nuriyev, Murad Səlimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bayıl Arena”, 14:00.

24 yanvar

“Qəbələ-2”– “Sumqayıt-2”
Hakimlər: İslam Məmmədov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Qarabağ-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Əkbər Əhmədov, Sənan Atayev, Mirnihat Seyidov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: