Əvəzedicilər: “Səbail”lə “Turan Tovuz” ili məğlub başa vurdu

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 18-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

“Sumqayıt”ın əvəzediciləri doğma meydanda “Səbail”in ikinci komandası üzərində qələbəyə sevinib.

“Turan Tovuz”la “Araz Naxçıvan”ın əvəzedicilərinin görüşündə də qapılara 3 qol vurulub. Amma bu oyunda qələbəni qonaqlar bayram ediblər.

2023-cü ilin son turuna sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Əvəzedicilər Liqası
18-ci tur
23 dekabr

“Qəbələ-2” – “Sabah-2” 2:0
Qollar: Okan Təhməzli, 7. Ravil Qafarov, 73.
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Rasim Axundov, Elvin Bayram.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 13:00.

24 dekabr

“Sumqayıt-2” – “Səbail-2” 2:1
Qollar: Nihad Əhmədzadə, 14; 82. – Ülvü Mədətov, 90.
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Zakir Şükürzadə, Alik Yunusov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.

“Turan Tovuz-2” – “Araz Naxçıvan-2” 1:2
Qollar: Cavid Qasımov, 4 – Bayraməli Qurbanov, 63. Rauf Ağasənov, 74.
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Rəhman Aslanov, Murad Səlimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.

25 dekabr

“Zirə-2” – “Qarabağ-2”
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Samir Qaracayev, Sərxan İsmayılov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“ASK Arena”, 14:00.

“Neftçi-2” – “Kəpəz-2”
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: