Əvəzedicilər: “Sabah”dan “Kəpəz” üzərində inamlı qələbə

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 23-cü tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Sabah”la “Kəpəz”in əvəzediciləri arasındakı qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

“Səbail”lə “Araz-Naxçıvan”ın ikinci komandalarının görüşündə isə qalib müəyyənləşməyib.

23-cü turun qalan üç qarşılaşması sabah baş tutacaq.

Əvəzedicilər Liqası
23-cü tur
18 fevral

“Sabah-2” – “Kəpəz-2” 2:0
Qollar: Nicat Quliyev, 78; 90+2-pen.
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Samir Qaracayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “ASK Arena”, 14:00.

“Səbail-2” – “Araz-Naxçıvan-2” 1:1
Qollar: Teymur Məmmədov, 71 – Nicat Süleymanov, 23.
Hakimlər: Mahmud Bağırzadə, Sənan Atayev, Mirnihad Seyidov, Xalid Quliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bayıl Arena”, 15:00.

19 fevral

“Qəbələ-2” – “Qarabağ-2”
Hakimlər: Səbuhi Bayramov, Orxan İbişov, Anar Bədəlov, İslam Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Neftçi-2” – “Zirə-2”
Hakimlər: Kamil Aydınov, Kərim Zeynalov, Rəhman Aslanov, İrşad Aydınov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

“Sumqayıt-2” – “Turan Tovuz-2”
Hakimlər: Vüqar Həsənli, Tərlan Talıbzadə, Zakir Şükürzadə, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: