Əvəzedicilər: “Sumqayıt” evdə, “Qarabağ” səfərdə uduzdu

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında bu gün 12-ci turun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Sumqayıt”la “Araz Naxçıvan”ın əvəzediciləri arasındakı oyunda qonaq komanda qalib gəlib. “Kəpəz”in əvəzediciləri isə doğma meydanda “Qarabağ”ın ikinci komandası üzərində qələbəyə sevinib.

12-ci tura sabah keçiriləcək “Sabah-2” – “Zirə-2” oyunu ilə yekun vurulacaq.

Əvəzedicilər Liqası
12-ci tur
4 noyabr

“Səbail-2” – “Turan Tovuz-2” 2:1
Qollar: Zaman Zamanlı, 13. İftixar İbrahimov, 61 – İsmayıl İsmayılov, 41.
Hakimlər: Səbuhi Bayramov, Vüqar Bayramov, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Bayıl Arena”, 15:00.

“Qəbələ-2” – “Neftçi-2” 1:1
Qollar: Bilal İsmayılov, 32 – Ağadadaş Salyanski, 6.
Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Əkbər Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

5 noyabr

“Sumqayıt-2” – “Araz Naxçıvan-2” 2:3
Qollar: Qabil Əlizadə, 19. Anar Əhmədzadə, 61 – Bayraməli Qurbanov, 55. Rüfət Zülfüqarlı, 82. Vüsal Alızadə, 85-pen.
Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Aydın Baxşıyev, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.

“Kəpəz-2” – “Qarabağ-2” 1:0
Qol: Ümid Səmədov, 40-pen.
Hakimlər: Elvin Bayramov, Səbuhi Soltanov, Tərlan Talıbzadə, Namiq Bəkirov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 13:00.

6 noyabr

“Sabah-2” – “Zirə-2”
Hakimlər: Kamil Aydınov, Sənan Atayev, Anar Bədəlov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASK Arena”, 14:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: