Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 2024/2025 mövsümünün 2-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
Bu gün baş tutan ilk oyunda “Turan Tovuz”la “Sumqayıt”ın əvəzediciləri üz-üzə gəliblər. Beş qolun qeydə alındığı oyunda meydan sahibləri darmadağına seviniblər.
Günün digər oyunu “Sabah”la “Zirə”nin ikinci komandaları arasında baş tutub. Bu görüşdə də də beş qol qeydə alınıb və 3 xalı meydan sahibləri bayram ediblər.
Əvəzedicilər Liqası
2-ci tur
10 avqust
“Qarabağ-2” – “Kəpəz-2” 4:1
Qollar: Nihad Mollayev, 65. Mahmud Ağayev, 69. Rüstəm Əlizadə, 70. Eltun Babazadə, 77 – Fariz Nəcəfov, 45.
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Elşad Abdullayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “ASK Arena”, 18:00.
11 avqust
“Araz-Naxçıvan-2” – “Şamaxı-2” 2:1
Qollar: Elcan Məmmədov, 19. Nicat Quliyev, 44 – Elşad Tağıyev, 10.
Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Asiman Əzizli, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “ASK Arena”, 16:45.
“Səbail-2” – “Neftçi-2” 0:1
Qol: Murad Məmmədov, 25.
Hakimlər: Cavid Cəlilov, Cəmil Quliyev, Tərlan Talıbzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bayıl Arena”, 18:30.
12 avqust
“Turan Tovuz-2” – “Sumqayıt-2” 4:1
Qollar: Raul Məmmədov, 2. Məzahir Məmmədzadə, 58. Fərid Cəfərov, 68. Elçin Qasımov, 80 – Əjdər Hacılı, 33.
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Qəzənfər Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 18:00.
“Sabah-2” – “Zirə-2” 3:2
Qollar: Ramil Nuraxmedov, 11. Şahin İbrahimov, 70. Emin Məcidzadə, 80 – Vüsal Əliyev, 38-pen. Elşən Abdullayev, 90.
Hakimlər: Əkbər Əhmədov, Kərim Zeynalov, Gulnurə Əkbərzadə, Elvin Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı. “ASK Arena”, 18:00.


