Əvəzedicilər: “Turan Tovuz” “Zirə”yə böyük hesabla uduzdu

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 17-ci turun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə matçı “Turan Tovuz”la “Zirə”nin əvəzediciləri arasında baş tutub. Qəsəbə təmsilçisi Tovuz səfərində 3 xalı 3 cavabsız qolla qazanıb.

Tur 19 dekabrda keçiriləcək bir oyunla yekun vurulacaq.

Əvəzedicilər Liqası
17-ci tur
15 dekabr

“Kəpəz-2” – “Sumqayıt-2” 1:0
Qol: Arzu Atakişiyev, 90.
Hakimlər: Kamranbəy Rəhimov, Asif Abdullayev, Sənan Atayev, İrşad Aydınov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

16 dekabr

“Araz-Naxçıvan-2” – “Sabah-2” 0:3
Qollar: Sənan Ağayev, 3. Camal Cəfərov, 14. Nicat Quliyev, 86.
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Sevda Nuriyeva, Nazim Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “ASK Arena”, 14:00.

“Səbail-2” – “Qəbələ-2” 2:0
Qollar: Emin Rüstəmov, 14-pen. Taleh Qarayev, 32.
Hakimlər: Rövşən Rəcəbov, Samir Qaracayev, Gülnurə Əkbərzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
“Bayıl Arena”, 15:00.

17 dekabr

“Turan Tovuz-2” – “Zirə-2” 0:3
Qollar: Mahmud Ağayev, 60; Səlim Həşimov, 78; Tamerlan Burcəliyev, 90+2.
Hakimlər: Səbuhi Bayramov, Vüqar Bayramov, Kərim Zeynalov, Emin Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 14:00.

19 dekabr

“Qarabağ-2” – “Neftçi-2”
Hakimlər: Elvin Bayramov, Orxan İbişov, Rasim Axundov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: