Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 35-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Qarabağ” və “Turan Tovuz”un əvəzediciləri arasında keçirilən oyunda darmadağın qeydə alınıb. Belə ki, Tovuz təmsilçisi səfərdə 4 cavabsız qola sevinib.
Əvəzedicilərin yarışında 35-ci turun qalan oyunları mayın 19-da və 20-də keçiriləcək. Bu oyunların təyinatları da hələ açıqlanmayıb.
Əvəzedicilər Liqası
35-ci tur
18 may
“Qarabağ-2” – “Turan Tovuz-2” 0:4
Qollar: Arzu Mədətov, 26. Rəşad Əliyev, 28; 44. Fərid Cəfərov, 71.
Hakimlər: Murad Səlimov, Sadiq Əliyev, Əkbər Əliyev, Nazim Abdullayev.
Hakim-inspketor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu.
19 may
“Sabah-2” – “Sumqayıt-2”
Bakı. “ASK Arena”.
“Kəpəz-2” – “Zirə-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança).
20 may
“Səbail-2” – “Neftçi-2”
Bakı. “Bayıl Arena”.
“Qəbələ-2” – “Araz-Naxçıvan-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança).


