Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 13-cü turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
“Qarabağ”la “Səbail”in əvəzediciləri arasında keçirilmiş oyunda meydan sahibləri qələbə qazanıblar. “Zirə”nin əvəzediciləri isə “Qəbələ” ikinci komandası ilə ev oyunundan məğlubiyyətlə ayrılıblar.
Turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Əvəzedicilər Liqası
13-cü tur
10 noyabr
“Araz Naxçıvan-2” – “Kəpəz-2” 3:0
Qollar: Nihad Əmrahzadə, 23. Amin Ağayev, 34. Vüsal Alızadə, 90+2.
Hakimlər: Mahmud Bağırzadə, Asif Abdullayev, Zakir Şükürzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 14:00.
11 noyabr
“Qarabağ-2” – “Səbail-2” 2:1
Qollar: Nihad Mollayev, 16. Elton Mikayılov, 74 – Məmməd Əhmədov, 1.
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 14:00.
“Zirə-2” – “Qəbələ-2” 1:2
Qollar: Emil Bayramov, 45+1 – Rəvan Əsədov, 11. Bilal İsmayılov, 62.
Hakimlər: Şamil İmanzadə, Asiman Əzizli, Kərim Zeynalov, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “ASK Arena”, 17:30.
12 noyabr
“Turan Tovuz-2” – “Sabah-2”
Hakimlər: Əkbər Əhmədov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Emin Abdullayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.
“Neftçi-2” – “Sumqayıt-2”
Hakimlər: İslam Məmmədov, Teymur Teymurov, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.


