İsveçin “Göteborq” klubunun gənc yarımmüdafiəçisi Malik Yalkuye bundan sonra “Brayton”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Brayton” bu transfer üçün İsveç klubuna 7 milyon avro ödəyib. 18 yaşlı futbolçu ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Həm Mali, həm də Kot-d`İvuar vətəndaşlığına malik olan Malik Yalkuye “Göteborq”dan öncə “Mimozas”da forma geyinib. Mərkəz yarımmüdafiəçisi bu ilin fevral ayında cəlb olunduğu İsveç klubunun heyətində cəmi 11 oyuna çıxıb və 1 qolla yadda qalıb.

“Brayton” gənc qapıçısı Killian Keyhillə də yeni müqavilə bağlayıb. 21 yaşlı irland qolkiper 1+1 illik müqaviləyə imza atıb. Onun əvvəlki sözləşməsinin müddəti bu yay bitmişdi.



