“Everton” – “Liverpul” oyunu təxirə salındı

Futbol üzrə İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün 15-ci turunun “Everton” – “Liverpul” oyunu təxirə salınıb.

Arena.az xəbər verir ki, bu barədə “Everton”un mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, görüşün təxirə salınmasına Liverpul şəhərində əlverişsiz hava şəraitinin – qasırğanın olması səbəb olub. Matçın nə vaxt oynanılacağı haqda hələlik məlumat verilməyib.

Xatırladaq ki, “Everton” – “Liverpul” oyunu bu gün Bakı vaxtı ilə saat 16:30-da başlamalı idi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: