Premyer Liqanın ən bahalaşmış oyunçuları bəlli oldular

“Transfermarkt” internet-portalı İngiltərə Premyer Liqasının ən bahalaşmış futbolçularının siyahısını açıqlayıb.

Arena.az məlumat verir ki, “Çelsi”nin ingilis yarımmüdafiəçisi Koul Palmer qiymətə ən çox minmiş futbolçu olub.

Palmerin bazar dəyəri 40 milyon avro məbləğində artıb və hazırda 130 milyon avro məbəğ təşkil edir.

İngiltərə Premyer Liqasının ən çox bahalaşmış futbolçularından ibarət onluğu təqdim edirik:

  1. Koul Palmer (“Çelsi”, 130 (+40) milyon avro);
  2. Morqan Rocers (“Aston Villa”, 40 (+18) milyon avro);
  3. İtan Nvaneri (“Arsenal”, 30 (+18) milyon avro);
  4. Tayler Diblinq (“Sauthempton”, 22 (+17) milyon avro);
  5. Rayan Qravenberx (“Liverpul”, 55 (+15) milyon avro);
  6. Nikolas Cekson (“Çelsi”, 55 (+15) milyon avro);
  7. Karlos Baleba (“Brayton”, 35 (+13) milyon avro);
  8. Bukayo Saka (“Arsenal”, 150 (+10) milyon avro);
  9. Brayan Mbemo (“Brentford”, 50 (+10) milyon avro);
  10. Murillo (“Nottingem Forest”, 50 (+10) milyon avro).